Türkiyədə yanğınların söndürülməsində iştirak edən Azərbaycan təyyarəsi ölkəyə qayıdıb

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə ölkəyə qayıdıb.

Qarşısında qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə birgə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.