"Nikol Paşinyan dövlətçiliyimizin, suverenliyimizin altına qoyulan canlı bombadır". 

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyanın "Ermənistan" fraksiyasının deputatı Vahe Akopyan yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

Deputat ötən gün Paşinyanın keçirdiyi mətbuat konfransındakı çıxışlarına fikir bildirib. 

"Paşinyan bu mətbuat konfransı vasitəsilə bir neçə problemi həll etməyə çalışıb. Əsas mesaj təbii ki, Laçın dəhlizinin, Berdzorun və ətraf kəndlərin təhvil verilməsi ilə bağlı ictimaiyyətin məlumatlı olması idi. Hesab edirəm ki, mətbuat konfransının əsas məqsədlərindən biri məsuliyyəti özündən uzaqlaşdırmaq, başqalarının üzərinə atmaq idi. Bu da yeni deyil. 

Onun məqsədi öz cəmiyyətini qorxutmaq idi. Sizi əmin edirəm ki, o, Ermənistan silahlı qüvvələrini gözdən salan bəyanatlar verməklə dünya gündəminə düşür. Bir sözlə, Paşinyan dövlətçiliyimizin, suverenliyimizin altına qoyulan canlı bombadır". 

Gülayə  Mecid