Bosniya və Herseqovinanın Mostar şəhəri yaxınlığında, Siroki Briyeqdə yerli vaxtla saat 08:07-də ​​4,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir  ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi, episentri Siroki Briyeqdən 10 kilometr şimal-qərbdə olan zəlzələnin maqnitudasının 4,7 bal olduğunu açıqlayıb.

Dərinliyinin 10 kilometr olduğu təsbit edilən zəlzələdə indiyədək can və mal itkisi qeydə alınmayıb.