Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbir zamanı Qax rayonunun Uzuntala kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 3130 ədəd çətənə kolu yandırılaraq məhv edilib.