Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunan, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.