Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Donetsk və Luqansk Xalq Respublikalarını (DNR və LNR) tanıması qərarından sonra Ukraynanın Suriya ilə bütün münasibətlərini kəsəcəyini bildirib.

"Unikal" xəbər verir ki, bunu Zelenski ofisinin Telegram kanalında yayımladığı videomüraciətdə deyib:

"Rusiya hələ də Suriyadan Donbassdakı işğalçı strukturların guya tanınması ilə bağlı bəyanat alıb. Belə olan halda, Suriya ilə daha heç bir əlaqə olmayacaq və Suriyaya qarşı sanksiya təzyiqi, əksinə, daha da böyük olacaq"-deyə Ukrayna prezidenti bildirib.

Gültəkin