Rusiya prezidenti Vladimir Putin Rusiyanın baş naziri Mixail Mişustinin və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana gözlənilən səfərlərini açıqlayıb.

"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib: 

“Bu yaxınlarda xarici işlər nazirimiz Bakıda idi. Onunla görüşmək üçün vaxt ayırdığınız üçün təşəkkür edirik. Baş nazirimizin və Dövlət Dumasının sədrinin səfəri hazırlanır”, - deyə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Gültəkin Ələsgər