Son bir həftə ərzində dünyada 4,18 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8,5 mindən artıq insan isə virusdan ölüb.

"Unikal" xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma halları 18 faiz, ölüm halları isə 3 faiz artıb.

"İyunun 13-dən 19-dək koronavirusa 4 182 217 nəfər yoluxub, 8 552 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma halları 18 faiz, ölüm halları isə 3 faiz artıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, iyunun 29-u üçün koronavirusa yoluxanların sayı 542 188 789 nəfərə, ölənlərin sayı isə 6 329 275 nəfərə çatıb.