Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putini qəzəbləndirən açıqlamalar verib. Uolles Rusiya prezidentini “qısaboy sindromlu dəli” kimi xarakterizə edib. “Düşünürəm ki, prezident Putinin özünə və dünyaya baxışı qısa adam sindromu və maço perspektividir”,

"Unikal" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. 

 "Amma məncə, burada əsl problem odur ki, Rusiya sistemində hansısa şəkildə bəzi dövlətlərin digərlərindən daha az hüquqlara malik olduğu və onların hüquqlarının sayılmadığı fikri var. Əgər onlar özlərini yeni tarixə yerləşdirmək istəyirlərsə, bunun yolunu zorakılıq və işğaldan keçdiyini düşünürlər. Məncə, bu, narahat olmaq üçün bir şeydir"-deyə Uolles bildirib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçün “dəli” ifadələrini işlədən Uolles, onun hər həftə komediya şousu kimi bəyanat verdiyini bildirib.

Gültəkin Ələsgər