ABŞ Ermənistana 120 milyon dollar qrant ayrılacaq. 

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və USAİD-in Ermənistandakı missiyasının rəhbəri Con Allelo Ermənistan və ABŞ arasında İnkişaf sahəsində əməkdaşlıq haqqında beşillik saziş imzalayıblar. Sazişə əsasən, Ermənistana 120 milyon dollar qrant ayrılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Respublika hökumətinin mətbuat xidmətindən məlumat verilib. Saziş demokratik dəyərlərin möhkəmləndirilməsi və iqtisadi sabitliyin təmin edilməsinə yönəlib.

Bildirilib ki, müqavilə dövlət idarəetmə sistemində şəffaflığın və hesabatlılığın təşviqinə, yerli özünüidarəetmə orqanlarının potensialının gücləndirilməsinə, həmçinin seçki siyasi proseslərində iştirak və inklüzivliyə və qanunun aliliyinə yönəlib. Sənəd çərçivəsində həyata keçiriləcək proqramlar vətəndaşların idarəetmə prosesində inklüziv iştirakına, müstəqil, müxtəlif informasiya mənbələrinin əlçatanlığının artırılmasına töhfə verəcək. İqtisadi sabitliyi gücləndirmək üçün proqramlar özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına, işçi qüvvəsinin gücləndirilməsinə və təbii ehtiyatların davamlı idarə olunmasına yönəldiləcək.

Gültəkin Ələsgər