"NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya ilə Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşündə deyib.

Dövlət başçısı bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi dünya bazarına taxıl və yanacağın verilməsinə mənfi təsir göstərib.

Prezident Ərdoğan onu da qeyd edib ki, Türkiyə “taxıl dəhlizi” problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Co Bayden, öz növbəsində, Türkiyə prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Gültəkin Ələsgər