İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, baş nazirin yaxın vaxtlarda mətbuata açıqlama verəcəyi gözlənilir.

İsrail parlamenti özünün buraxılması haqqında qanun layihəsini yekun oxunuşda qəbul etməlidir.

Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.