Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

"Unikal" bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər.

Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub.