Liviyada səhrada 20 nəfərin meyiti aşkar edilib.

"Unikal" xəbər verir ki, faktı Liviyanın Xilasetmə Xidməti sərhəddən 120 km məsafədə aşkar edib. Ehtimal olunur ki, Çad Respublikasından gələn avtobus səhrada xarab olub. Avtobusdakılar 40 dərəcə Selsini keçən istidə susuzluqdan həyatlarını itirib.