Prezident Ərdoğanın NATO Liderlər Zirvəsi öncəsi fotosessiya zamanı ABŞ prezidenti Co Bayden və İngiltərə baş naziri Boris Consonla zarafat etməsi diqqət çəkib.

"Unikal" xəbər verir ki, Conson Ərdoğanla zarafatlaşması sosial medianın gündəmi olub. 3 liderin söhbəti zamanı baş verənlər kameralara anbaan əks olunub.

Belə ki, NATO Liderlər Zirvəsi öncəsi fotosessiya zaman İngiltərə baş naziri Boris Conson Ərdoğana işarə edərək türkcə “Çox gözəlsən” ifadəsini işlətdikdən sonra gülüşlər başlayıb.

Ərdoğan Consona eyni sözlərlə cavab verəndə Bayden də gülüşü eşidilib. 

Əl sıxışan iki lider bir müddət söhbət ediblər.

Gültəkin Ələsgər