Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə yazıb.

"Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir", - Şarl Mişel qeyd edib.