NATO İsveç və Finlandiyanı öz sıralarına rəsmən dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun yaydığı xüsusi məlumatda bildirilir.

Madrid sammiti çərçivəsində NATO-ya üzv ölkələr İsveç və Finlandiyanı aliyansa dəvət etmək barədə rəsmi razılığa gəliblər.

"Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək", - deyə bəyanatda qeyd olunub. 

Gültəkin Ələsgər