İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

"Unikal" xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.

Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.

***

15:41

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti başlayıb.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edir.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

***

15:08

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.