Dünən ABŞ-ın Nevada ştatındakı Yuba çayı yaxınlığında başlayan meşə yanğını qısa müddətdə 202 hektardan çox ərazini əhatə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanan binadan yayıldığı bildirilən alov Sierra Nevada dağ silsiləsindəki kənd yerlərini və Nevada sərhədinə yaxın əraziləri əhatə edib.

Elektrik xətlərini, supaylayıcı sistemləri və dövlət parkını təhlükə altına alan yanğınla əlaqədar 350-yə yaxın ev və digər tikililər təxliyə olunub. 

Yanğına qurudan və havadan müdaxilə edilir.

Ağarza Elçinoğlu