Müğənni Roza Zərgərli “Həmin Zaur” proqramına qonaq olub. 

"Unikal" xəbər verir, müğənni verilişdə bəzi açıqlamalar verib. Belə  ki, aparıcı Zaur Kamal Zərgərlidən gündə nə qədər xərclədiyini soruşsa da, cavab verməyib.

Lakin müğənninin duet ortağı Tural Gəncəli “Kartdan istifadə edir. Telefonda ödənişləri var. Mən hesablamışam, günə 700-750 manat xərcləyir. Bir günorta yeməyi 250 manat məbləğindədir”, - deyə bildirib.

Roza həmkarının sözlərini təsdiqləyib. “Maaşları da saysan, 20 minə qədər pul çıxır”, - deyə müğənni vurğulayıb.