Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri döyüşlərdə ən azı 4731 mülki şəxs həlak olub. 

"Unikal" xəbər verir ki, bunu bu gün BMT-nin Ukrayna üzrə İnsan Hüquqları üzrə Monitorinq Missiyasının rəhbəri Matilda Boqner BMT-nin İnsan Haqları İdarəsinin Ukrayna üzrə yeni hesabatının təqdimatında deyib.

“Mülkilər hərbi əməliyyatların nəticələrinin ağır yükünü çəkməyə davam edirlər. Bu həftəyə kimi biz 10.000-dən çox qurbanı qeydə almışıq. Onların arasında 4731 nəfər ölüb”, -  Boqner bildirib.

Onun sözlərinə görə, ölənlərin 1812-si kişi, 1225-i qadındır. 1364 nəfərin isə cinsiyyəti hələ müəyyən edilməyib.

"Mən vurğulayıram ki, real rəqəmlər bundan qat-qat yüksəkdir", - deyə BMT-nin Monitorinq Missiyasının rəhbəri bildirib.

Gülayə Mecid