Rusiya Ukrayna şəhərlərinə raket hücumlarını dayandıran kimi Ukraynada müharibə dayandırılacaq və bunu sabah etmək olar.

"Unikal"ın "Spiegel" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin nə vaxt bitəcəyini heç kim bilmir, bu sual açıq qalır: "Bu, sabah Rusiya prezidentinin bombardmanı dayandırması ilə bitə bilər. Biz Ukraynanın suveren dövlət olaraq qalması və bütün ölkənin sülh və azadlıq içində yaşamasını təmin etmək üçün hər şeyi edəcəyik".

Ağarza Elçinoğlu