Milyarderlər və milyonçular Qarabağın bərpasına öz vəsaitlərindən xərcləməlidilər. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, həmin şəxslər vəsaitlərindən Qarabağ üçün xərcləmirlərsə, onların milyonlarının heç bir əhəmiyyəti yoxdur. 

O qeyd edib ki, dünyada Azərbaycanı sevən bütün qüvvələr bu işə cəlb olunmalıdır.

Anar Kəlbiyev