Tovuz rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, iyunun 28-də saat 1 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini N.Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Həzrətabbas Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişini Aykut Atayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.