Kanadada iki silahlı şəxs bankı soymağa cəhd edib.

"Unikal" xarici  KİV-ə istinadən  xəbər verir ki, Saaniç şəhərində iki ağır silahlı şəxs və gülləkeçirməz jiletli iki nəfər soyğunçuluq məqsədi ilə banka daxil olub.

Belə  ki, soyğunçular polisə atəş açması nəticəsində qarşıdurma baş verib. 2 şübhəli güllələnib, 6 polis əməkdaşı yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis qrupu sövq edilib.