Ukraynada Rusiyanın tammiqyaslı işğalı nəticəsində yaralanan uşaqların sayı 627-yə, öldürülən ukraynalı uşaqların sayı isə 341-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna  Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının ölkəmizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 968-dən çox uşaq xəsarət alıb. 2022-ci il iyunun 29-u səhərə olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı dəyişməyib - 341. Yaralıların sayı 627-yə  çatıb", -  deyə  qeyd olunub.