SOCAR “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri Gəncə şəhərində vətəndaşlarla görüş keçiriblər.

"Azəriqaz" İB-dən "Unikal"a verilən məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşların qaz təsərrüfatına dair problem və təklifləri dinlənilib.

Vətəndaşlar əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunmasını, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Ünvanlanan hər bir müraciət SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Qazın balansı və hesabatı şöbəsinin rəis müavini Ceyhun Abdullayev və Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib. Bəzi müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib.