Hindistanda helikopter qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 28-də Ərəbistan dənizinin Hindistan sahillərində baş verib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Helikopter dənizə düşdükdən sonra onların hamısı xilas edilib.

Lakin zərərçəkənlərdən dördü aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onlardan 3 nəfəri neft şirkətinin işçisidir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.