Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyətlə iş üzrə idarəsinin rəis müavini polkovnik Saak Saakyan yeni müharibəyə aparan, təxribat xarakterli açıqlama verib. 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, İyunun 28-də jurnalistlərə müsahibəsində yay çağırışı zamanı püşkatmanın keçirilməsini şərh edən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, polkovnik Saak Saakyan müqaviləli hərbçilərin Qarabağda xidmət edəcəyini deyib:

"Çağırışçılar üçün püşkatma ərazi bölmələrində yayımlanır və valideynlər oturub bütün prosesi izləyirlər. Püşkatmada Qarabağ (Artsax) yoxdur", - o deyib.

Qarabağın (Artsaxın) siyahıda olmadığını isə Sahakyan belə cavablayıb: "Hərbi-siyasi rəhbərlik müqaviləli hərbçilərin Qarabağda (Artsaxda) xidmət edəcəyinə qərar verib.

Gültəkin Ələsgər