Prezident Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının (TŞ) iyunun 28-də Ukrayna üzrə keçiriləcək iclasında videobağlantı vasitəsilə qatılmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

“Prezident Volodimir Zelenski ona Təhlükəsizlik Şurasının bugünkü iclasında videobağlantı vasitəsilə danışması üçün sorğu göndərib”, - mənbə bildirib.

O, həmçinin əlavə edib ki, Albaniya nümayəndələri onun xahişini yerinə yetirməyi planlaşdırırlar.

Bildirilib ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislytsya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş edib.

Ramil Zeynallı