Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyindən casusluq ittihamı ilə 70 diplomatı ölkədən çıxarmaq qərarına gəlib. "Unikal" xəbər verir ki, Bolqarıstanın istefa verən hökumətinin baş naziri Kirili Petkov 70 rus diplomatının persona non-qrata elan edildiyini açıqlayıb.

Eks baş nazir Petkov məclisdə jurnalistlərin suallarını cavablandırarkən casusluq etdikləri səbəbi ilə təyyarə ilə ölkələrinə göndəriləcəyini bildirib. Rusiya Federasiyası Bolqarıstanda güclü lobbiyə malik olmasına baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rus diplomatını casusluq ittihamı ilə ölkədən xaric edib.

Gültəkin