"Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların bloklanması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusilə sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bildi".

"Unikal" xəbər verir ki, bunu TASS-a Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib:

“Mən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər".

Ermənistan hökumətinin sədr müavininin sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirir.