Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə tərəfindən Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri - Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi. Prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.