Türkiyəli aktyor Kərəm Bürsinin yeni layihəsi bəlli olub.
"Unikal"
xəbər verir ki, aktyor Rusiyada yayımlanan "İki təpə" ("Два холма") serialının ikinci mövsümündə rol almaq üçün təklif alıb. O, ekran işində "Volkan" obrazını canlandıracaq.

Qeyd edək ki, Kərəm sonuncu dəfə "Sen çal kapımı" serialında rol alıb.