Azərbaycanda son sutkada 24 nəfər vaksinasiya olunub.

“Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 2, ikinci doza vaksinləri sayı 3-dür.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 762 115, birinci doza peyvəndlərin ümumi sayı 5 353 538, ikinci doza vaksinlərin sayı 4 853 218 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 306 446, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 913 olub.