Tovuz rayon Mərkəzi xəstəxanasının Baş həkimi Paşa Muradovun evi yanıb.

"Unikal"ın məlumatına görə, hadisə Tovuz rayonunun Abulbəyli kəndində qeydə alınıb. Belə ki, Baş həkimə məxsus evin 240 kv ərazisində güclü alov başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Nəticədə yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Bundan əlavə  tikilinin içərisində olan idman qurğuları və müxtəlif təyinatlı əşyalar tamamıilə yanaraq kül olub. Ev sahibinə məxsus "Range Rover" markalı maşın da tikilidən çıxarılaraq təhlükəsiz əraziyə aparılıb. Alovun söndürülməsi zamanı FHN əməkdaşlarından bir nəfəri tüstüdən yüngül zəhərlənib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Hadisənin tiklidə olan elektrik paylayıcısından  qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Qeyd edək ki, 1 gün əvvəl yangın olan ünvanda kiçik toy məclisi təşkil olunub.

Tural Əhmədov