Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli tikilinin (bilyard zalı, qaraj və generator otağı) lambirdən ibarət tavanı 250 m² sahədə və zalın içərisində əşyalar yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi, qarajda dayanan avtomobil və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.