Xorvatiya sahillərindəki Brac adası yaxınlığında "Cessna 172" tipli kiçik təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, Xorvatiya Mülki Müdafiə Mərkəzindən verilən açıqlamada pilot və 2 sərnişini olan "Cessna 172" tipli kiçik təyyarənin qəzaya uğradığı açıqlanıb.

Qəzada can itkisinin olmadığı paylaşılıb.

Açıqlamada hadisə yerində sağlamlıq və yanğınsöndürmə briqadalarının da olduğu qeyd edilib.