Maharaştra ştatının Mumbay şəhərində 4 mərtəbəli yaşayış binasının uçması nəticəsində 3 nəfər ölüb.

"Unikal" xəbər verir ki, Hindistan rəsmiləri Maharaştra ştatının Mumbay şəhərində qəzalı vəziyyətdə olan yaşayış binasının uçması nəticəsində 3 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.

Ən azı 4 nəfərin hələ də dağıntılar altında olduğu bildirilib.