Milli Məclisin bu gün keçirilən iclasında Bakıda Azərbaycan Xalq Cümhuriyyətinə yeni abidə qoyulması təklif edilib.

"Unikal" xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, hazırda Bakıda AXC-nin şərəfinə ucaldılan abidə qənaətbəxş deyil. 

"Bu, bizə yaraşmaz, ona görə təklif edirəm ki, yeni abidə ucaldılsın".

Deputat AXC qurucularının nəşlərinin Bakıya gətirilməsini təklif edib.

"Məhəmməd Əmin Rəsulzadənin nəşi Ankaradan, Əlimərdan bəy Topçubaşovun nəşi isə Parisdən Bakıya gətirilməlidir. Biz mənəviyyatımıza da pul xərcləməliyik".

Anar Kəlbiyev