Rusiya raketlərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə düşməsindən sonra G7 liderləri birgə bəyanatda hücumu pisləyib və bunu "müharibə cinayəti" adlandırıblar.

"Unikal" xəbər verir ki, Almaniyada davam edən G7 sammitində Ukraynaya lazım olduğu qədər maliyyə, humanitar, hərbi və diplomatik dəstək vəd edildiyi halda, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin Kremençuk şəhərində 1000-dən çox mülki şəxsin olduğu ticarət mərkəzini vurduğunu açıqlayıb.

G7 liderləri birgə bəyanatda ticarət mərkəzinə edilən iyrənc hücumu şiddətlə qınadıqlarını bildiriblər.

Açıqlamada, "Bu vəhşi hücumun günahsız qurbanlarının yasını tutmaq üçün Ukraynanın yanındayıq. Günahsız mülki şəxslərə qarşı ayrı-seçkilik etmədən hücumlar müharibə cinayətidir. Rusiya prezidenti Putin və məsul şəxslər hesaba çəkiləcək",- ifadələri işlədilib.

Gülayə Mecid