Məşhur Hollivud aktyoru Harrison Fordun təqaüdə çıxacaq. 

"Unikal" xəbər verir ki, 79 yaşlı Harrison Ford aktyorluq karyerasının sonu barədə ictimaiyyətə açıqlama verməsə də bu barədə əfsanəvi filmlərin saundtreklərinin 90 yaşlı istehsalçısı Con Uilyams deyib: 

"Hazırda məndən bir qədər gənc olan Harrison Fordun son filmi elan etdiyi İndiana Cons 5 üzərində işləyirəm. Düşündüm ki, əgər Harrison bunu bacararsa, deməli, mən də bacararam."

Williams musiqidən tamamilə imtina etmək niyyətində deyil - o, sadəcə olaraq film layihələri üçün musiqi bəstələməkdən əl çəkəcək. Hazırda o, həmçinin Stiven Spilberqin “Fabelmanlar” avtobioqrafik dramı üzərində işləyir.