"Baykar olaraq toplanan ianələrlə alınması hədəflənən 3 Bayraktar TB2 SİHA-nı heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq".

"Unikal" CNN türkə istinadən xəbər verir iki, bunu Türkiyənin pilotsuz uçuş aparatları və aviaelektronika istehsal edən “Baykar” şirkəti açıqlamasında deyib. 

Şirkətin verdiyi açıqlamada Ukrayna xalqının vətənini müdafiə etmək üçün Bayraktar TB2 SİHA almaq üçün "Xalq Bayraktar" adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla tamamlandığını bildirib. .

"İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək oldular.

Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu da bizi heyran etdi. Baykar olaraq toplanan ianələrlə alınması hədəflənən 3 Bayraktar TB2 SİHA-nı heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik"-deyə şirkət açıqlamasında qeyd edib.