Xarici işlər nazirinin müavini Əli Bakiri və onu müşayiət edən danışıqlar qrupu Dohada başlayacaq sanksiyaların ləğvi ilə bağlı danışıqlarda iştirak etmək üçün  sabah Qətərə gedəcək.

"Unikal" iran mediasına istinadən xəbər verir ki, bu bardə Xarici İşlər Nazirliyinin yeni sözçüsü Nasir Kenani açıqlama verib.

Kenanin sözlərinə görə,  Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Borrelin Tehrana səfəri zamanı əldə olunan razılaşma nəticəsində xarici işlər nazirinin müavini Əli Bakiri Keni sabah Qətərin paytaxtı Dohaya gedəcək.

Xarici İşlər Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Səid Hatipzadə isə bu gün səhər keçirdiyi son mətbuat konfransında sanksiyaların ləğvi ilə bağlı danışıqların vaxtı və yerinin bəlli olduğunu qeyd edib və deyib ki, “bu məsələ ilə bağlı yaxın bir neçə saat ərzində yekun qərar veriləcək. 

Vyana danışıqlarından sonra keçirilməsi planlaşdırılan yeni danışıqlar raundunun yerinin bu dəfə Fars körfəzi sahilindəki ölkələrdən biri olduğuna diqqət çəkən Hatipzadə, "Bu danışıqlar yaxın günlərdə başlayacaq" dedi.

Hatipzadə Əmir Abdullahiyanın Avropa İttifaqının Xarici Siyasət üzrə nümayəndəsi Cozep Borreli İrana dəvət etdiyini və Tehranda ABŞ-ın cavablarını araşdırdıqlarını bildirərək, “Borrell İrana gələrək ətraflı danışıqlar aparıb, ABŞ-ın rəyini bildirib. O, həmçinin ABŞ-ın Nüvə sazişi və BMT TŞ-nin 2231 saylı qətnaməsi üzrə öhdəliklərini yerinə yetirməyə zəmanət verdiklərini bildirib.

Hatipzadə deyib ki, “Əmir Abdullahiyan və Borrell arasında bir saatlıq təkbətək görüşdə danışıqların müxtəlif aspektləri müzakirə edilib. “Təsdiq edə bilərəm ki, görünüş və məzmun baxımından razılaşmalar əldə olunub, lakin amerikalıların praktiki olaraq Trampın mirasını geridə qoyub Nüvə Sazişinin məsuliyyətli üzvü olub-olmayacağını praktikada görmək lazımdır”, o əlavə edib.