İran İslam Respublikasının xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün təfərrüatları məlum olub.

“Unikal” xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Türkiyəyə ilk səfər edən xarici işlər naziri Əmirabdullahianı qəbul etdim. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq müzakirə olundu. Ticarət əlaqələrimiz inkişaf edir, tezliklə Birgə İqtisadi Komissiya toplanacaq. Regional əməkdaşlığı daha da inkişaf etdirəcək”, - Çavuşoğlu bildirib.