Rusiya 1918-ci ildən bəri ilk dəfə olaraq suveren valyuta borcunu ödəməkdən imtina etdi. 

"Unikal" xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu, iyunun 27-nə keçən gecə baş verib.

Qeyd olunub ki, vaxtı keçmiş hesab edilən dövlət istiqrazları üzrə təqribən 100 milyon dollar ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb. Rusiya bunu ödəmədiyi üçün, bu da defolt hadisə hesab olunur.

Lakin Rusiya rəsmiləri defolt etdiklərini inkar edirlər.

Onu da deyək ki, defolt dövlətin borcun ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməməsidir. Hökumətin defolt olması kredit reytinqini aşağı salır, bu da yeni kreditlərin cəlb edilməsini demək olar ki, qeyri-mümkün edir və iqtisadiyyatın inkişafını ləngidir.

Ağarza Elçinoğlu