Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar böyük fəsadlar törədib. Leysan, sel və daşqınlar davam edir.

"Unikal" xəbər  verir ki, ən güclü leysan Kastomunu vilayəti ərazisində müşahidə olunur. Güclü sel vilayətin İnebolu bölgəsində iki körpünü, aşağı səviyyədə olan avtoparkları və yaşıllıq əraziləri yuyub aparıb.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunublar.

Metroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış, sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.