Astarada 9 aylıq hamilə olan qadın ölüb.

"Unikal" xəbər verir  ki, hadisə rayonun Giləkəran kəndində baş verib. 1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)