ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Respublikaçılar qanadının sədri, senator Cim Riş Kiyevə rəsmi səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Aleksiy Kuleba məlumat verib.

"Riş Qostomel və İrpendə olub, burada yaşayış məntəqələrinin dağıdılmasının və rus ordusunun cinayətlərinin nəticələrinin şahidi olub. Nümayəndə heyəti Rusiya hərbçilərinin Ukraynaya məxsus “Mriya” təyyarəsini məhv etdiyi Antonov Beynəlxalq Hava Limanında da olub",- deyə Kuleba bildirib.