Bu ilin 17-28 oktyabr tarixlərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” təlimi keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyədə təlimin ilk planlama iclası baş tutub. İclasa Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndələri qatılıb.